Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı tədbir keçirildi
Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı tədbir keçirildi.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyəti başçısının müavini, Milli Məclisin deputatı, YAP Yasamal rayon Qadınlar Şurasının sədri, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini, Yasamal rayonunda fəaliyyət göstərən tam orta məktəblərin direktor və müəllimləri, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri, KİV nümayəndələri və digər qonaqlar iştirak edirdi.
Qonaqlar Mərkəzin foyesində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş kitab sərgisi, Yasamal rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirdilər. 22 saylı uşaq musiqi məktəbinin rəqs kollektivinin çıxışı izlənildikdən sonra Mərkəzin “Muzey” bölməsində ulu öndərin büstü önünə əkili və gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad edildi, qonaqlar “Xatirə Kitabı”na ürək sözlərini yazdılar.
Tədbiri Mərkəzin direktoru Naminə Ömərova açaraq tədbir iştirakçılarını salamladı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Mərkəzdə keçirilən silsilə tədbirlər haqqında məlumat verdi.
Yasamal rayon İcra Hamiyyəti başçısı İbrahim Mehdiyev, Milli Məclisin deputatı Mixail Zabelin çıxış edərək Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin siyasi bacarığından, xalqın taleyüklü problemlərinin həll olunmasında göstərdiyi siyasi iradədən söz açdılar. Çıxışçılar öz çıxışları zamanı Heydər Əliyevin ən böyük gücünün onun dərin, həm də universal biliyə sahib olmasında, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında gördüklərini xüsusilə vurğuladılar.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra bədii qiraətçi, respublika müsabiqəsi qalibi Zaur Zeynalov ümummilli lider Heydər Əliyevə həsr olunmuş videogörüntü ilə təqdimat etdi. Sonra 158 saylı tam orta məktəbin şagirdlərinin ifasında ulu öndərə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı ədəbi-bədii kompazisiya təqdim olundu.
Tədbirin sonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Yasamal rayon məktəbliləri arasında keçirilmiş “Gül” mövzusunda plakat və “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri diplom və mükafatlarla təltif olundu