Yasamal rayon qadınlarının IV konrfansı keçirilmişdir
Yasamal rayon İcra Hakimiyyətinin iclas zalında Yasamal rayon qadınlarının IV konrfansı keçirilmişdir.
Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin Başçısı İbrahim Mehdiyev qadınların ölkəmizdə, cəmiyyətdə rolunun çox əhəmiyyətli olduğunu vurğulayaraq, qadınlara münasibətin həmişə yüksək olduğunu, ölkəmizin müstəqillik qazandıqdan sonra onlara hörmət və diqqətin daha da artığını qeyd etmişdir. Ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinədək yüksəlməsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, 1995-ci ildə “Qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” konvensiyaya qoşulduğunu, o illərdə ölkə rəhbərliyinin qadınların cəmiyyətdəki statusunun yüksəldilməsi ilə bağlı imzaladığı fərman və sərəncamların qadın hüquqlarının reallaşması və təminatı sahəsində irəli doğru atılmış tarixi addımlar olduğunu, 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını, 2000ci ilin 6 mart tarixli “Azərbaycan Respublikasında qadın siyasəti haqqında” fərmanı isə qadınlarının potensialının tam açılması üçün çox önəmli olduğunu bildirmişdir.
İbrahim Mehdiyev bildirmişdir ki, bu gün Azərbaycan qadınları müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rol oynayırlar. Bütün ictimai-siyasi proseslərdə öndə olan qadınlarımız rəhbər vəzifələrə irəli çəkilir, seçkilərdə fəal iştirak edir, özlərinin vətəndaş mövqeyini nümayiş etdirirlər. Onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni, mənəvi həyatında rolu əhəmiyyətli dərəcədə yüksəlir.Bu sahədə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun , İSESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın geniş miqyaslı, faydalı fəaliyyəti bütün qadınlarımız üçün bir nümunədir.
Yasamal rayon icra hakimiyyəti Başçısının müavini Şahin Məmmədov III konfransdan IV konfransadək olan dövrdə rayonda qadınlar siyasəti sahəsində görülən işlər barədə məruzə ilə çıxış etdi. Bu gün Azərbaycan qadınlarının hakimiyyətin, hər üç qolu – qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarında, emin, mədəniyyətin bütün sahələrində, iqtisadiyyat, sahibkarlıq, təhsil, səhiyyə və digər sahələrdə uğurla çalışdıqlarını, ölkəmizin dinamik inkişafına layiqli töhvələr verdiklərini qeyd etmişdir. O, da bildirilmişdir ki, rayon əhalisinin 51,7%, 124,1 min nəfərin qadınlar təşkil edir. Məşğul qadınların sayı 44856 nəfərdir. Bunlardan 14% təhsil, 18,9% elm, 7,3% səhiyyə sahəsində və s. çalışanlardır. Keçən dövr ərzində qadınların sağlamlıqlarının qorunması, onlara qarşı zorakılıq hallarının qarşısının alınması, hüquqlarının, müdafiəsi, sosial müdafiələri ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.
Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qadınlarımızın cəmiyyətin bütün sahələrində qazandığı uğurlardan, dövlət rəhbərliyi tərəfindən həyata keçirilən ailə,qadın və uşaq siyasətindən, Yasamal rayon qadınlarının fəaliyyətindən, danışmış, komitənin qadınların ali məclisinə hazırlıqlarından və qarşıda duran vəzifə lər barədə məlumat vermişdir.
Konfransda Bakı Dövlət Universitetinin kafedra müdiri İradə Hüseynova, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutnun şöbə müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, rayon Ağbirçəklər Şurasının sədri Tamella Şahbazova və başqaları çıxış edərək qadınların cəmiyyətdəki rolundan danışmışlar.
Konfransda respublika qadınlarının qurultayına 43 nəfər nümayəndə seçilmişdir.