Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz Əzizovun sakinlərlə növbəti səyyar qəbulu keçirildi

08 avqust 2019 | 11:00

Avqustun 8-də Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində Dərəçiçək MTK-nın İsfəndiyar Zülalov küçəsində inşa etdiyi yaşayış binasının sakinləri ilə keçirildi. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, vətəndaşların sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları bir daha sakinlərin diqqətinə çatdırdı. Ə.Əziziov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin əsaslı sosial infrastruktur layihələrinin bu gün də sürətlə davam etdiyini bildirdi.

Rayon İcra Hakimiyyətinin başçısı “Pilot” layihə çərçivəsində inşa olunan evin tikintisinə Dərəçiçək MTK-nıntəsadüfən seçilmədiyini bildirərək eyni zamanda binanın tikintisində və tamamlanma işlərində yaranan problemlərlə bağlı sakinlərin haqlı narazılıqlarının olduğunu, bu məqsədləsakinlərlərlə onların öz ünvanlarında qəbul-görüş keçirilməsinin daha məqsədəuyğun olduğunu qeyd etdi və mövcud problemlərin qısa müddətdə aradan qaldırılması məqsədilə MTK rəhbərliyinə ciddi tapşırıqlar verdi. Xüsusilə Avqust ayının sonuna kimi başa çatmış tikinti meydançasının abadlaşdırılması və əraziyə asfalt örtüyünün çəkilməsi ilə bağlıgöstərişlər verən Ə.Əzizov Yasamal rayon İcra Hakimiyyəti tərəfindən inşaat işlərininnəzarətə götürüldüyünü də sakinlərin diqqətinə çatdırdı.

Qəbul-görüşdə çıxış edən rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı xeyli müddət əvvəl yaranan problemlərin vaxtında və tam şəkildə həlli üçün Yasamal rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara bütün köməklilklərin göstəriləcəyini bildirdi və sakinləri narahat edən cari problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər