Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin keçirilməsində qarşılıqlı fəaliyyətin təşkili mövzusunda dəyirmi masa
Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin keçirilməsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada Bakı Regional Mərkəzi rəisinin müavinləri Cəfər Məmmədov, Tale Şamçıyev, Yasamal rayon FHK-nın sədri, İcra Hakimiyyəti Başçısının I müavini Səməd İslamov, Bakı şəhəri və digər rayonlarının Fövqəladə Hallar Komissiyalarının sədrləri, enerji, qaz və su təchizatı üzrə Bakı şəhər xidmətlərinin rəhbərləri, müvafiq idarə, şöbə, bölmə və xidmət rəisləri iştirak edirdi.
Tədbir iştirakçıları Ulu öndərin adını daşıyan Mərkəzlə tanış oldular, foyedə təşkil olunmuş FHN BRM-in foto sərgisinə baxış keçirtdilər və Mərkəzin “Muzey” bölməsindəki xatirə kitabına öz ürək sözlərini yazdılar.
Tədbiri ön sözlə FHN BRM-nin rəisinin müavini, tibb xidməti polkovniki Cəfər Məmmədov açdı, fövqəladə halların aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərinin keçirilməsində qarşılıqlı fəaliyyətin vacibliyini vurğuladı və bütün aidiyyatı qurumların iş birliyinin səmərəliliyi haqqında danışdı.
Çıxışlar zamanı Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 13 dekabr tarixli 244 nömrəli Sərəncamı, Azərbaycan Prezidenti İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılması xüsusi vurğulandı.
2012-ci ildə rayon ərzisində fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi istiqamətində görülmüş işlər barədə arayışlar dinlənildi, bu fəaliyyətin təşkilinin mövcud vəziyyətinin müzakirəsi aparıldı və müvafiq tövsiyyələr dinlənildi.
Tədbir zamanı fövqəladə halların aradan qaldırılmasından bəhs edən film nümayiş olundu.
Tədbir kütləvi informasiya vasitələri tərəfindən lentə alındı.