Şriftin ölçüsü :

Saytın rəngi :

“Gümüş nar” festivalı keçirildi

03 iyun 2019 | 11:00

31.05.2019Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Rəssamlıq” fakültəsinin tələbələrinin əsərlərindən ibarət açıq havada incəsənət festivalı keçirildi. Festivalın ideya müəllifi və təşkilatçısı universitetin “Dizayn” kafedrasının baş müəllimi Gülnaz Mədətovadır. “Gümüş nar” incəsənət festivalı tələbələrin tədris ili boyunca əldə etdikləri nəzəri-praktiki bilik və nəaliyyətlərin nəticəsi, həmçinin zəhmətlərinin bəhrəsi və yekunu kimi universitetin həyətində, açıq havada keçirildi. Tələbələrin ən uğurlu işlərindən ibarət sərgi- tək Universitetin müəllim-tələbə heyəti üçün deyil, bütün yaradıcı insanlar üçün əhəmiyyətli mədəniyyət tədbiri oldu. Festivalda bir neçə istiqamət üzrə - rəngkarlıq, dizayn, qrafika əsərləri və dekorativ-tətbiqi sənət nümunələri, çoxsaylı şəbəkə motivli kompozisiyalar nümayiş edildi.

Festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, universitetin tələbə-müəllim heyəti, valideynlər və digər qonaqlar iştirak etdilər. Ceyran Mahmudova universitetdə keçirilən “Gümüş nar” festivalının bu il konkret mövzudan azad olunması, tələbələrə öz yaradıcı axtarışlarını, fəaliyyətlərini nümayiş etdirməyə daha geniş imkan yaratdığından söz açdı. Festivalın əsas məqsədi tələbələrin yaradıcılıq potensialının reallaşdırılması üçün şəraitin yaradılması, onların bədii yaradıcılığının dəstəklənməsi və təbliği, bilik və bacarıqlarınn inkişafı üçün şərait yaratmaq, eyni zamanda, universitetin pedaqoji heyətinə universitetin tələbələrinin yaradıcılığı ilə tanış olmaq imkanı yaratmaq, tələbələr arasında şəbəkələşməni qurmaq və festival hərəkatı altında birləşdirməkdir.

“Gümüş nar” incəsənət festivalının bütün iştirakçıları sertifikatlar ilə təltif edildi.

Bu festivalın hesabat xarakterli olub, hər tədris ilinin sonunda keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər