Könüllülərlə görüş keçirildi
Yasamal rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinə qoşulmaq üçün müraciət edən gənclərlə görüş keçirildi.
Görüşdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal rayon Gənclər və İdman idarəsinin rəis müavini Ramil Cəbrayılov, İnformasiya təminatı və təhlili sektorunun müdiri Ədalət Xəlilov və müraciət etmiş 20 könüllü iştirak etdi.
Dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanmışdır.
Müraciət edən gənclər müsahibədən keçərək rayon İcra Hakiiyyətində təcrübə keçmək şansı əldə etmişlər.
Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulur, müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edir. Könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.