Yasamal rayonunda Azərbaycan Respublikasının on milyonuncu vətəndaşına həsr olunan silsilə tədbirlər keçirildi
Yeni salınmış Nazim Hikmət küçəsinin davamı ilə kənar dairəvi yolun kəsişməsindəki ərazidə Azərbaycan Respublikasının on milyonuncu vətəndaşına həsr olunan ağacəkmə aksiyası keçirildi. Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, təsərrüfat xidmətləri işçiləri iştirak etdilər. 200 nəfərin iştirak etdiyi iməcilik zamanı yol kənarları, açıq sahələr və bina ətrafları yığılan zibillərdən təmizlənmiş, daşınmış, 500 ağac əkilmişdir.
Aksiya çərçivəsində Yeni Yasamal yaşayış massivində genişmiqyaslı təmizlik-abadlıq işləri, ərazilərdə yeni ağacların, dekorativ kol və güllərin əkilməsi,əvvəlki illərdə salınmış yaşıllıqlara qulluq göstərilməsi işləri davam etdirildi.