Şriftin ölçüsü :

Saytın rəngi :

Baş leytenant Mirzə Novruzovun anım günü

04 aprel 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin ildönümü qeyd olundu.

Anım III Fəxri Xiyabanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Məzarı önünə əklil qoyuldu.

Anım günündə ailəsi, övladları, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyəti və gəncləri, döyüş dostları, yaxınları və doğmaları III Fəxri Xiyabana toplaşdılar. Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün təntənəsi olduğunu qeyd etdi. Bütün ölkədə olduğu kimi, Yasamalda da şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırdı. O, bildirdi ki, Aprel döyüşlərində Yasamal rayonundan hərbi xidmətə çağırılmış 4 nəfər əsgər və zabit şəhid olmuş, 4 nəfər ağır yaralanmışdır, bir nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. İcra başçısı Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olan aprel döyüşlərinin təkcə düşmənin deyil, bütün dünyanın bu 4 günlük müharibədə ordumuzun gücünü gördüyünü vurğuladı. Bildirdi ki, Aprel döyüşləri Azərbaycan gənclərinin yeni ruhunu ortaya qoydu. Biz onlarda Vətən sevgisinin, mübarizə əzminin, sağlam düşüncənin şahidi olduq.

Mirzə Novruzovun qızı atasından bəhs etdi, şəhidin məzun olduğu 286 saylı tam orta məktəbin şagirdləri kompozisiya ilə çıxış etdilər. Şəhidin ruhuna dualar oxundu. Tədbirdən sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhid ailələri ilə görüşdü.

Keçidlər