Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Beynəlxalq Autizm Günü qeyd olundu

02 aprel 2019 | 11:00

Yasamal rayonunda fəaliyyət göstərən “Purple Kids” Uşaq Tədris İnkişaf Mərkəzində 2 aprel - Beynəlxalq Autizm Gününə həsr olunmuş tədbir keçirildi. Şənlikdə balacalar, tərbiyəçilər, psixoloqlar və valideyn kollektivi iştirak etdi.

Əvvəlcə balacalar mahnı ifa etdilər.Sonra Qazaxıstan Autizm Mərkəzinin rəhbəri Mila Kulikova və “Purple Kids” Uşaq Tədris İnkişaf Mərkəzinin şagirdi Xanlar Qəhrəmanov Autizmə həsr olunmuş himni ifa etdilər. Himndə dünyanın 200 ölkəsində yaşayan autist uşaqların görüntüləri yer alıb.

Mərkəzin əməkdaşı Məşuqə Əlili qonaqları və balacaları salamlayaraq bildirdi ki, mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizdə autizmdən əziyyət çəkən uşaqlara və onların valideynlərinə dəstək olmaq, onların aktual problemlərinin öyrənilməsi və müvafiq yardımın göstərilməsi, onların cəmiyyətə inteqrasiyasına yardım etmək və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir. Məşuqə Əlili qeyd etdi ki, bu gün Beynəlxalq Autizm Günüdür . “Purple Kids” Uşaq Tədris İnkişaf Mərkəzində hal-hazırda 43 adi uşaq və 19 fərqli uşaq təhsil alır.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Azərbaycanda uşaq problemlərinin hər zaman diqqət mərkəzində olduğunu bildirdi. Ulu öndər Heydər Əliyevin uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxladığı, ölkəmizdə indi də uşaqlara qayğının ildən-ilə artdığı vurğulandı. Bildirdi ki, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biri uşaqların xoşbəxtliyidir və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva nəcib missiyası ilə uşaqların ən böyük dostu və himayədarıdır. Həmçinin bu günkü mərkəzin məzunlarının gələcəkdə Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövlətinin hər cür şərait yaratdığını, bu uşaqların sağlam cəmiyyətə inteqrasiyasını sevindirici hal olduğunu vurğuladı.

Tədbirdə iştirak edən şagirdlər rəngarəng musiqi və rəqs nömrələri ilə çıxış etdilər.

Keçidlər