Şriftin ölçüsü :

Saytın rəngi :

“31 mart-Azərbaycanlıların Soyqırımı günü”nə həsr olunmuş tədbir keçirildi

30 mart 2019 | 11:00

Martın 30-da Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 mart-Azərbaycanlıların Soyqırımı günü”nə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, rayonun idarə və müəssisə rəhbərləri, Yasamal rayonu 21 və 31 saylı tam orta məktəblərin müəllim və şagird kollektivləri iştirak etdilər.

İlk öncə məktəblilər Mərkəzin muzey bölməsində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək ümummilli liderin əziz xatirəsini yad etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Azər Zeynalzadə çıxış edərək erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirməsindən danışıb. O əlavə edib ki, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Ermənilərin şovinist məqsədlərinə nail olmaq üçün hər bir vasitədən istifadə edərək Cənubi Qafqazda, o cümlədən Azərbaycan torpaqlarında yaşayan müxtəlif xalqlara qarşı soyqırımı siyasəti yürütdüyünü deyən icraçı direktor qeyd edib ki, bu siyasətin qurbanları sırasında qədim dövrlərdə ölkəmizdə məskunlaşmış yəhudi xalqının nümayəndələri də olub.

Sonra 1918-ci il 31 mart soyqırımından bəhs edən film nümayiş olundu.

31 saylı tam orta məktəbin tarix müəllimi Nigar Əhmədova, 1918 – ci il Mart hadisələrinin, "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlarının 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirməklərini başladıqlarını bildirdi.

21 saylı tam orta məktəbin tarix müəllimi Leyla Məmmədova, Mart soyqırımının Azərbaycanlılara qarşı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirildiyini və bu torpaqlarda kütləvi qaydada dinc əhalinin qırılması, kəndlərin yandırılması, milli mədəniyyət abidələrinin məhv edilməsi ilə həyata keçirildiyini bildirdi.

Şagirdlərin ifasında soyqırım gününə həsr olunmuş  kompozisiya səsləndirildi.

Keçidlər