Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda təmizlik ayı çərçivəsində iməcilik keçirildi

30 mart 2019 | 11:00

Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində paytaxtın rayonlarında, xüsusi ilə də qəsəbə və yaşayış massivlərində genişmiqyaslı təmizlik-abadlıq işlərinə, ərazilərdə yeni ağacların, dekorativ kol və güllərin əkilməsi,əvvəlki illərdə salınmış yaşıllıqlara qulluq göstərilməsi işlərinə başlanmışdır.

Görülən işlər çərçivəsində paytaxtın Yasamal rayonunda ümumrayon iməciliyi keçirildi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunmuş rayonun kənar dairəvi yolda keçirilən iməcilikdə rayon rəhbərliyi, təsərrüfat xidmətləri işçiləri, idarə, təşkilat, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

200 nəfərin iştirak etdiyi iməcilik zamanı yol kənarları, açıq sahələr və bina ətrafları yığılan zibillərdən təmizlənmiş, daşınmış, 500 ağac əkilmişdir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlərin əsas məqsədi ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasına xidmət edir.

Aylıq çərçivəsində iməciliklərin hər həftə rayonun müxtəlif ərazilərində keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər