Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında XƏBƏRDARLIQ
Hörmətli sakinlər!
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda havanın kəskin dəyişəcəyi gözlənilir. Güclü şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 18-23 metr olacağı, arabir 28-33 metrədək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 metrədək şiddətlənəcəyi ehtimalı var. Temperaturun anomal enməsi proqnozlaşdırılır. Havanın temperaturu Bakıda gecə 4-6°, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 753 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Yağıntının sulu qara, qara keçəçəyi, yanvar ayının 17-dən 18-ə keçən gecə şəhər ətrafı ərazilərin buz bağlama ehtimalı var.
Qeyri sabit hava şəraiti ilə əlaqədar diqqətli olmağınızı, ağacların yanında nəqliyyat vasitələrini saxlamamağınızı və tikinti gedən yerlərdə təhlükəsizlik qaydalarına riayət etməyinizi Sizdən xahiş edirik.
Bununla əlaqədar olaraq Yasamal Rayon İcra Hakimiyyətində operativ qərərgah yaradılıb.
Qaynar xətt: (012) 533 05 23