Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev zəmanəmizin ən böyük azərbaycanlısıdır” mövzusunda anım mərasimi keçirilmişdir
Yasamal rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev zəmanəmizin ən böyük azərbaycanlısıdır” mövzusunda anım mərasimi keçirilmişdir . Anım mərasimi Rayon İcra Hakimiyyətinin inzibati binasının I mərtəbəsində yerləşən Ulu Öndərin büstü önünə güllərin qoyulması ilə başlamış və iclas zalında davam etdirilmişdir.
Tədbiri Rayon İcra Hakimiyyətinin Başçısı cənab İbrahim Mehdiyev açaraq Azərbaycan xalqının memarı və qurucusu Heydər Əliyevin tarixi xidmətləri barədə danışaraq bildirmişdir ki, Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqının düşdüyü bəlalardan xilas etmiş, iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaratmış və inkişafa nail olmuşdur.
Zəngin dövlətçilik təcrübəsi, misilsiz siyasi məharət, möhkəm qətiyyət, əzmkarlıq sayəsində dövlətçiliyimizin məhvinə səbəb ola biləcək problemlər uğurla həll olunmuş, vətəndaş müharibəsinin, ölkənin parçalanmasının qarşısı alınmış, cəbhə xəttində atəşkəs barədə razılıq əldə edilmişdir. Həyatın bütün sahələrini bürümüş tənəzülə son qoyulmuş, möhkəm ictimai-siyasi sabitlik yaranmış, ölkəni ardıcıl inkişaf yoluna çıxarmışdır.Müdrik rəhbərimiz tərəfindən yenilməz iradə ilə həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyası Azərbaycanın müstəqilliyini ədəbi, daimi və sarsılmaz etmişdir.Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycanın hərtərəfli inkişafına və tərəqqisinə istiqamətlənmiş siyasəti bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev uğurla və şərəflə davam etdirir. Müstəqil dövlətimizi daha da möhkəmləndirmək, xalqımızı firavanlığa qovuşdurmaq naminə bütün qüvvə və bacarığını sərf edir.
AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Dövlət Pedaqoji Kollecin direktoru, YAP qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva, YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov tədbirdə çıxış edərək Ulu Öndərimizin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən, onun millətinə olan dərin sevgisindən danışdılar. Qeyd etdilər ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, ölkəmizdə əldə edilən böyük inkişaf Ümummilli liderimizin əzmkar, yorulmaq bilməyən fəaliyyətinin, onun müəyyənləşdirdiyi siyasi kursun nəticəsidir.Şərəfli ömrünün yarım əsrdən çox hissəsini Azərbaycan dövlətinin qorunmasına və möhkəmləndirilməsinə, vətənimizin tərəqqisinə və çiçəklənməsinə həsr edərək xalqımızın qəlbində özünə möhkəm abidə ucaltmışdır. Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdədir.Bu gün azad və firavan yaşayan Azərbaycan xalqı öz nicatına və tərəqqisinə görə ümumdünya tarixinin ən görkəmli şəxsiyyətinə - Heydər Əliyevə minnətdardır.