Yasamal rayonunda payız ağacəkmə kompaniyası davam edir
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Yasamal rayonunda davamlı xarakter alıb.
Noyabr ayından başlayan ağacəkmə aksiyasına Yasamal rayonunun idarə və müəssisələri, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin və Yasamal Rayon İcra Hakimiyyətinin kollektivləri də qoşulub.
Növbəti yaşıllaşdırma aksiyasında rayon İcra Hakimiyyətinin rəhbərliyi və kollektivi Həsən bəy Zərdabi küçəsində 400 şam ağacı əkmişlər. Kompaniyanın əsas məqsədi ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasına xidmət edir.
Rayon ərazisində ağacəkmə kompaniyası davam edir.