Şriftin ölçüsü :

Saytın rəngi :

“Diplomatlar” Klubunun üzvləri ilə görüş keçirildi

28 noyabr 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu gənclərimizin maarifləndirilməsi, ictimai-siyasi fəallığın artırılması, onlara beynəlxalq aləmdə baş verən hadisələri təhlil etmək bacarığının aşılanması və dünyagörüşlərinin genişləndirilməsi məqsədilə “Diplomatlar” Klubu təsis etmişdir.

Klub üzvlərinin mütəmadi olaraqAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlərinin, beynəlxalq münasibətlərin aktual problemlərinə dair mövzularda dəyirmi masalar və müzakirələr keçirilməsi planlaşdırılır.

Noyabrın 28-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, politoloq Elman Nəsirovun “Diplomatlar” Klubunun üzvləri ilə görüşü oldu. Görüşdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov , Bilik Fondunun “Diplomatlar” Klubunun üzvləri və BDU-nun tələbələri iştirak etdilər.

Tədbir iştirakçıları Mərkəzin “ Muzey” bölməsi ilə tanış oldular,ulu öndərin büstünü ziyarət edərək umummilli liderin əziz xatirəsini yad etdilər.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova qonaqları salamladı və bildirdi ki, Azərbaycanın milli təhlükəsizliy mövzusunda tədbirlərin keçirilməsi Beynəlxalq münasibətlər və Politologiya fakultəsinin tələbələri üçün mühüm əhəmiyyət kəsb edir.

Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov qeyd etdi ki, bu tədbiri təşkil etməkdə məqsədimiz suveren dövlət kimi Azərbaycan Respublikası daxili və xarici siyasət vasitələrindən istifadə edərək ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətini gənclərə aşılamaqdır.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov tələbələrlə görüşündə qeyd etdi ki, dövlətin təhlükəsizlik siyasətinin əsas məqsədi xarici aləmlə təmas zamanı ölkənin həyati əhəmiyyətli milli maraqlarını qorumaq və yüksək səviyyədə təmin etməkdir. Dövlətimizin siyasətinin əsasını təşkil edən milli təhlükəsizlik həm dövlətimizin özünün daxili və xarici resursları həm də beynəlxalq qurumlar tərəfindən qorunur.

Mühazirədən sonra Elman Nəsirov tələbələri maraqlandıran sualları cavablandırdı

Keçidlər