Şriftin ölçüsü :

Saytın rəngi :

“3 Dekabr Ümumdünya əlillər günü” manasibəti ilə “Bərabər hüquq və imkanlar yaradaq!” adlı tədbir keçirilmişdir

04 dekabr 2012 | 11:00

“3 Dekabr Ümumdünya əlillər günü” manasibəti ilə “Bərabər hüquq və imkanlar yaradaq!” adlı tədbir keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd “3 dekabr Ümumdünya əlillər günü”nü əlilliyi olan insanlara bayram kimi təqdim etmək deyil, onların da cəmiyyətimizin sağlam üzvləri kimi bərabər hüquq və imkanlara malik olduğunu göstərərək bu cür insanlar üçün şərait və imkanlar yaratmaqdır.
Bu məqsədlə rayon İcra Hakimiyyətinin, Azərbaycan Əlillər Cəmiyyəti Yasamal rayon Təşkilatının, Azərbaycana Birgə yardım Təşkilatı Yasamal icma əsaslı reabilitasiya mərkəzinin və “Duyğu”həssas təbəqədən olan insanlara Dəstək İB-nin dəstəyi ilə 100 nəfər sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan insanların ifasında konsert proqramı hazırlanmış, əl işlərinin satış-sərgisi keçirilmişdir. Tədbir zamanı Rəşidov Fərid ifa etdiyi muğamları, Əhmədov Nurlan ifa etdiyi romansları, Əhmədova Şəbnəm rəqsləri, Rəhimli Natiq sintizatorda ifası, Mirmövsümlü Ləman, Məmmədli Rəsul, Məmmədova Nərgiz, Mustafayeva Zeynəb, Heydərli Cavad, İlyasov Mirvüqar öz şerləri və digər uşaqlar rəqsləri ilə tamaşaçıları heyran etmişlər. Tədbir zamanı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də öz mahnıları ilə çıxış edərək tədbirə rəngarənglik qatmışlar. Tədbir zamanı Bakı 2 saylı Baza tibb kollecinin tələbələri uşaqlara xüsusi qayğı göstərmişlər. Tədbirdə hər bir ifa yüksək alqışlarla qarşılanmış, tamaşaçıları kövrəltmişdir.
Bu tədbir sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan insanlarda gələcəyə daha inamla addımlamaq üçün stimul vermiş, onların daha böyük uğurlar qazanmalarına inamı artırmışdır.
Foyedə təşkil olunmuş sərgi zamanı 90 manatlıq əl işi satılmış, 41 manat xeyriyyə məqsədi ilə pul toplanmışdır.
Tədbirin sonunda “Hyatt Hotels Baku”, 2 saylı Bakı Baza Tibb kollecinin rəhbərliyi və kollektivi, “Maya” şirniyyat sexi tərəfindən uşaqların hər birinə maraqlı hədiyyələr təqdim olunmuşdur.
 

Keçidlər