Mülki müdafiə məşqləri keçirildi
2018-ci il tədbirlər planına müvafiq olaraq 21 sentyabr 2018-ci il tarixində Yasamal rayon İcra Hakimiyyətində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirildi.
Məşqdə Rayon İcra Hakimiyyəti Başçısının I müavini, Fövqəladə Hallar Konmissiyasının sədri Elçin Rzayev, komissiyanın üzvləri, rəhbər, komandir-rəis heyəti iştirak etdi.
Məşqin keçirilməsində məqsəd rəhbər heyətin və mülki müdafiə qüvvələrinin fövqəladə hadisələr zamanı fəaliyyətini və hazırlıq səviyyəsini müəyyən etmək, işçilərin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə biliklərini artırmaq, mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasını, fövqəladə hallar komissiyasının fəaliyyətinin yoxlanılması, mülki müdafiə orqan və qüvvələrin fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ qərarların qəbul edilməsi oldu.
Tədbirin keçirilməsi və rəhbər heyətin məşq üzrə fəaliyyəti qənaətbəxş hesab edildi və mülki müdafiə qüvvələrin praktiki fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi tövsiyyə olundu.