Şriftin ölçüsü :

Saytın rəngi :

QURBAN BAYRAMI münasibətilə rayon tədbiri keçirilmişdir

26 oktyabr 2012 | 10:00

Qurban bayramı münasibəti ilə Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 2012-ci il oktyabrın 24-də A.M.Şərifzadə küçəsi,118 saylı ünvanda Məktəbli İaşə Bazasına məxsus meydançada qurban kəsilməsi mərasimi kecirildi.
Mərasimdə Yasamal rayon İcra Hakimiyyətinin Başçisi cənab İbrahim Mehdiyev, rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Yasamal rayon şöbəsinin sədri, Qarabağ Qaziləri İctimai Birliyi Yasamal rayon şöbəsinin sədri, 20 Yanvar Fondu Yasamal rayon şöbəsinin sədri, Böyük Vətən Müharibəsi və Əmək Veteranları Şurası Yasamal rayon şöbəsinin sədri, “ Cernobil Əlilləri Cəmiyyəti” Yadsamal rayon şöbəsinin sədri, Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, Əlillər Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri, Gözdən Əlillər Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri, Qızıl Aypara Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri və digər şəxslər iştrak etdilər.
“Qurban bayramı” münasibəti ilə 1500 nəfər Qarabağ Müharibəsi şəhidlərinin ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, Böyük Vətən Müharibəsi əlilləri və əmək veteranlarına, Cernobıl qəzası iştirakçılarına, tənha və kimsəsiz ailələrə və digər ehtiyaclı şəxslərə – cəmi 1500 nəfərə qurban payı verildi.
Tədbirdə iştrak edərək qurban payi alan şəxslər “Qurban bayramı”nın mütəşəkkil kecirilməsinə və imtiyazlı rayon sakinlərinə diqqət və qayğı göstərilməsinə görə Azərbaycan Respublikasının Prezidentı İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirdilər.
 

Keçidlər