Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Silahlı Qüvvələr Gününün 100 illik yubleyi qeyd olundu

23 iyun 2018 | 11:00

İyunun 23-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin birgə təşkilatçılığı ilə 26 iyun- Azərbaycan Silahlı Qüvvələr Gününün 100 illik yubleyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vaqif Məmmədov, TUMİB-nin sədri Çingiz Bayramov, Milliyətçi Hərəkət Partisinin İstanbul şəhər başkan yardımçısı Bülent Maşroğlu, jurnalist Seymur Verdizadə, rayon ictimaiyyəti və gəncləri iştirak etdilər.

Tədbir iştirakçıları ilk öncə Mərkəzin Muzey bölməsi ilə tanış oldular,ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq yad etdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Mərkəzin Fondunun baş mühafizi Azər Zeynalzadə giriş sözü ilə tədbiri açaraq, Azərbaycanın Ordu Quruculuğunun yaradılması tarixindən bəhs etdi və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə qonaqları təbrik etdi.

TUMİB-nin sədri Çingiz Bayramov çıxışında bildirdi ki, hər bir qeyri-hökümət təşkilatının ümdə vəzifələrindən biri də Azərbaycan qəhrəmanlıq tarixinin təbliği, milli qəhrəmanlarımızın və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş şəxsləri yeniyetmə və gənclər arasında tanıtmaqdır.

Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vaqif Məmmədov öz çıxışında Silahlı Qüvvələrinin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu və Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlərin ölkəmizdə bu gün də ali baş komandan İlham Əliyev tərəfindən davam etdirildiyini, ordumuzun inkişaf və təkmilləşmə dövrünü yaşadığını vurğuladı.

Sonda 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş “Heydər Əliyev və ordu quruculuğu” adlı film nümayiş olundu.

Keçidlər