“Mülki Müdafiə işinin təşkili” mövzusunda tədbir keçirildi
Yasamal Rayon icra Hakimiyyətində “Mülki Müdafiə işinin təşkili və rayon ərazisində fəaliyyət göstərən müəssisələrin hazırlıq vəziyəti” mövzusunda tədbir keçirildi. Tədbirdə Yasamal rayon Fövqəladə Hallar və Mülki Müdafiə işinin təşkili baş idarəsinin rəis müavini polkovnik Cavanşir Həsənov, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun sənaye, təhsil, səhiyyə, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elçin Rzayev ölkəmizdə bütün sahələr üzrə dinamik və davamlı ikişafın davam etdiyini xatırladaraq, heç bir dövlətin təbii fəlakətlərdən, beynəlxalq əhəmiyyətli münaqişələrdən sığortalanmadığını diqqətə çatdırdı. O, ölkəmizin müharibə şəraitində yaşadığını nəzərə alaraq, Mülki Müdafiə qərargahlarının işinin daima nəzarətdə saxlanılmalı olduğunu vurğuladı. Qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyə qayıdışı ilə əhalinin təhlükəsizliyi sahəsində də dönüş yaranmış, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əsas dövlət sisteminin bir hissəsi olan Mülki Müdafiənin dinamik inkişafı və təkmilləşdirilməsi təmin edilmişdir.
Çıxış edənlərdənYasamal rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik – leytenant İlqar Səfərov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin təşkili Baş İdarəsinin rəis müavini polkovnik Cavanşir Həşimov Mülki Müdafiə işinin təşkilinin ciddi məsələ olduğunu və böyük məsuliyyət tələb etdiyini nəzərə alaraq müəssisə rəhbərlərindən və digər məsul şəxslərdən müəssisə və təşkilatlarda bu məsələyə diqqəti artırmağı və fəaliyyətlərini əvvəlcədən tərtib edilmiş və təsdiq olunmuş tədbirlər planına uyğun qurmalarını tövsiyyə etdilər.
Yekunda Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elçin Rzayev Mülkü Müdafiə işinin təşkili və rayon ərazisində fəliyyət göstərən müəssisələrin hazırlıq vəziyyəti ilə bağlı çıxışlarda qeyd olunan problemlərin və çatışmamazlıqların qısa zaman kəsiyində aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini bildirdi. Elçin Rzayev gələcəkdə daha səmərəli fəaliyyətin təşkili üçün qarşılıqlı işgüzar münasibətlərin qurulmasını xüsusilə qeyd etdi.
Tədbirin sonunda videoçarx nümayiş olundu.