Şriftin ölçüsü :

Saytın rəngi :

Şair, dramaturq HÜSEYN CAVİDİN anadan olmasının 130-cuildönümünə həsr olunmuş yubiley tədbiri keçirilmişdir

25 oktyabr 2012 | 10:00

Azərbaycan ədəbiyyatı¬nın görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinin keçirilməsi məqsədilə ölkə Prezi¬denti İlham Əliyev cənabları cari ilin fevral ayında sərəncam imzalamışdır.
Yasamal rayon İcra Hakimiyyəti bu yubileyin rayonda yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə tədbirlər planı işləyib hazırlamışdır. Tədbirlər planına əsasən rayonun idarə, müəssisə və təşkilatları xüsusən də təhsil, mədəni-maarif müəssisələrində konfranslar, dəyirmi masalar, ədəbi-bədii, poeziya gecələri keçirilmiş, gənclərin Hüseyn Cavidin ev muzeyinə gedişləri təşkil olunmuşdur.
19 ildir ki, Yasamal rayon İcra Hakimiyyəti böyük mütəfəkkirimiz Hüseyn Cavidin xatirə və anım mərasimlərini rayonda yüksək təntənə ilə qeyd edir.
Yubiley tədbiri böyük şair və dramaturq Hüseyn Cavidin abidəsi önünə rayonun idarə, müəssisə və təşkilatları tərəfindən əklil və gül dəstələrinin qoyulması ilə başlanmışdır.
Yasamal rayon İcra Hakimiyyətinin Başçısı cənab İbrahim Mehdiyev Azərbaycan ədəbiyyatı¬nın görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illik həsr olunmuş yubileyini açıq elan etmişdir.
Yubiley tədbirində Milli Elmlər Akademiyasının müxbir üzvü,CavidşünasTeymur Kərimli, ABŞ-ın Massaçusets Amherst Universitetinin Tarix fakultəsinin professoru Odrey Altstadt, BDU-nun rektoru,akademik,MM deputatı Abel Məhərrəmov,MEA-nın vitse-prezidenti Arif Həşimov,Türkiyə-Azərbaycan ədəbiyyatı və Xalqbilimi “Muğam Mədəniyyəti Mərkəzi”nin direktoru, Almaniyada yaşayan, Abdulkadirİnaltekin, H.Cavidin poemasından parçalarla Qəndab Əhmədli, Nizami adına DaşkəndDövlət Pedaqoji Universitetin dosenti, filologiya elmləri namizədi Gülbaxor Aşurova,Azərbaycan Respublikasının xalq artisti Ramiz Məlik, Hüseyn Cavidin ev muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı çıxış etdilər.
Azərbaycan Respublikasının xalq artistləri Mələkxanım Əyyubova,Canəli Əkbərov və Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynova H.Cavidin sözlərinə yazılmış mahnıları ifa etdilər.
 

Keçidlər