Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal məktəblərində “Son zəng”çalındı

14 iyun 2018 | 11:00

Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2017-2018-ci tədris ilinin yekunu ilə əlaqədar bu gün respublikanın ümumtəhsil məktəblərində "Son zəng" günü qeyd edildi. Yasamal rayonunun da bütün tam orta məktəblərində «Son zəng»in sədası eşidildi. Bununla əlaqədar məktəblərdə müəllim və şagird kollektivi tərəfindən hazırlıq işləri görülmüş və bu günə yüksək zövqlə hazırlıq işləri görülmüşdür.

Yasamal rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları rayonda yerləşən ümumtəhsil məktəblərinin “Son zəng” tədbirlərində iştirak etdilər.

Ötən tədris ilində rayonun orta təhsil məktəblərində təhsilini başa vurmuş 1897 buraxılış məzunlarından 1324 nəfəri yüksək nəticələr göstərərək tələbə adını qazanmışlar. Bu da ümumi sayın 70 faizini təşkil edir. 154 məzun 600-dən yuxarı bal toplamış, 7 nəfər Prezident təqaüdünə layiq görülmüş, 31 nəfər qızıl, 6 nəfər isə gümüş medallarla məktəbi bitirmişlər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin “Son zəng” tədbirində iştirak etdi. Tədbirdə həmçinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri, Yasamal rayon İcra Hakimiyyətinin məsul işçiləri , məktəb icmalarının və rayon ictimaiyyətin nümayəndələri, eləcə də ötən illərdə yüksək nəticələr əldə etmiş məzunlar iştirak etdilər.

Əziz Əzizov məzunları təbrik edib, onlara ali məktəblərə qəbul imtahanlarında uğurlar arzuladı. Azərbaycanda təhsilin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətindən danışan Əziz Əzizov bildirdi ki, bu gün ölkəmizdə həyatın bütün sahələri kimi, təhsilin inkişafına da xüsusi önəm verilir. Yeni-yeni məktəb binaları tikilir, xaricdə təhsil alan azərbaycanlı tələbələrin, beynəlxalq olimpiadalarda qalib adını qazanan şagirdlərin sayı ildən-ilə artır. Təbii ki, bu uğurların qazanılması Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci Vitse - Prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan irəli gəlir. 20 saylı məktəb respublikamızın qabaqcıl təhsil ocaqlarından biridir. Özünəməxsus fəaliyyəti ilə seçilən məktəbin nailiyyətləri ildən-ilə daha da artır. Vurğuladı ki, bu günki məzunlar Xalq Cümhuriyyətinin 100 illiyinin məzunları kimi tarixə həkk olunublar və müstəqil həyatın astanasında duran bu məzunlara, eləcə də məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzuladı.

Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva öz çıxışında məzunların həyatında bu gündən etibarən yeni mərhələ başlandığını qeyd etdi. “Siz xoşbəxtsiniz ki, məktəb illəriniz ölkəmizin müstəqillik dövrünə təsadüf edir”, - deyən Məhəbbət xanım məzunlara peşə seçimində daha diqqətli olmağı nəzərə almağı tövsiyə etdi. Müstəqil Azərbaycanın layiqli vətəndaşı kimi milli-mənəvi dəyərlərə sahib olmağın, daim bilik və bacarıqları artırmağın vacibliyini vurğuladı.

11-ci sinif şagirdləri hazırladıqları şer, mahnı və rəqslərdən ibarət çıxışlarla məktəb həyatına əlvida dedilər, doğma məktəbə və onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını bildirdilər. Məktəb həyatı ilə vidalaşan məzunlar birincilərə hədiyyələr təqdim etdilər.

Tədbirdə gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətlərinə və təhsilin inkişafında göstərdikləri yüksək nəticələrə görə 20 saylı məktəb-liseyin bir qrup müəllimləri Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edildilər.

Tədbir şagirdlərin ifasında bayram proqramı ilə yekunlaşdı.

Keçidlər