Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseyn Cavid prospekti 559/560-cı məhəllə sakinlərinin problemləri ətraflı dinlənildi

14 iyun 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun iyunun 14-də növbəti səyyar qəbul-görüşü 2 nömrəli Sahə İnzibati Dairəsinin ərazisində, Hüseyn Cavid prospektinin 559/560-cı məhəlləsinin 100 saylı binasının sakinləri ilə keçirilib. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Görüşü rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açaraq, 15 iyun - Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramları münasibətilə Yasamal sakinlərini təbrik edib. Əziz Əzizov Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu vurğulayıb. Bildirib ki, xalqın tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin  sonrakı  taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.

Sonra Hüseyn Cavid prospektinin 559/560-cı məhəlləsinin 100 saylı binasının sakinlərindən İ.Həsənov, Z.Ağayeva, Z.Rəhimova, Ş.Hüseynov, E.Pənahov, Z.Rəşidov və digərləri asfalt örtüyünün salınması, su-kanalizasiya xəttinin təmiri, istilik sisteminin təchizatı, abadlıq işlərinin davam etdirilməsi və digər sosial problemlərlə bağlı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə yerindəcə tapşırıqlar verdi.

Səyyar qəbuldan sonra rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov səyyar qəbulda iştirak edərək suallarla müraciət etmiş sakinlərin problemlərinin aktuallığını nəzərə alaraq aidiyyəti qurumların rəhbərləri ilə birlikdə abadlaşdırılması nəzərdə tutulan məhəlləyə baxış keçirərək müvafiq göstərişlər verdi.

Keçidlər