Şriftin ölçüsü :

Saytın rəngi :

Dadaş Bünyadzadə küçəsi 113 və Ümid Əkbərov küçəsi 86 saylı binaların sakinlərinin problemləri ətraflı dinlənildi

31 may 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun mayın 31-də növbəti səyyar qəbul-görüşü 1 nömrəli Sahə İnzibati Dairəsinin ərazisində, Dadaş Bünyadzadə küçəsi 113 (XI  Xreptovı)  və Ümid Əkbərov küçəsi 86 (XIII Xreptovı) saylı  binaların sakinləri ilə keçirilib. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək  son günlər rayonda abadlıq-quruculuq və yenidənqurma işlərinin uğurla həyata keçirildiyini vurğuladı. İcra başçısı rayonun Əsəd Əhmədov küçəsində asfalt örtüyünün yenidən salınmasını , Məhəmməd Xiyabani küçəsində isə böyük abadlıq işlərinin aparıldığını sakinlərin diqqətinə çatdırdı.

Sonra görüşdə Ü.Əkbərov küçəsi ev 86, mənzildə 24-də yaşayan Gülbəniz Muradova  küçənin asfalt örtüyünün vurulmasına görə sakinlər adından rayon rəhbərliyinə təşəkkürünü bildirdi.

Digər sakinlər R.Rzayev, M.Hüseynova, N.Məmmədov, N.Quliyev, G.Vəliyeva, A.Məmmədov, N.Feyzullayev Dadaş Bünyadzadə küçəsi 113 (XI  Xreptovı)  və Ümid Əkbərov küçəsi 86 (XIII Xreptovı) saylı  binaların məhəllələrinin abadlaşdırılması, uşaq meydançalarının yaradılması, məişət tullantılarının daşınması və digər sosial problemlərlə bağlı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.

Yasamal  Rayon  İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşdə qaldırılan problemlərin həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini əminliklə qeyd edərək, məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Rayon sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər