Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu

01 iyun 2018 | 11:00

Yasamal rayon istirahət parkında rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim nurlu sabahımızdır” adlı tədbir keçirildi. Park əsl bayram coşğusunu yaşadı. Bayram tədbirində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Yasamal rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun səhiyyə və təhsil müəssisələrinin rəhbərləri, rayon ictimaiyyəti, sakinlər, müəllimlər və valideynlər iştirak etdi.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirdə  4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin və İncəsənət gimnaziyasının şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olundu. Sonra  2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq və Gənclər İdman Məktəbinin və “Əsgər” İdman Klubunun şagirdləri taekvando,voleybol, futbol, badminton, kiqboks, qılıncoynatma, cüdo idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirdilər. Yasamal rayonu “Gələcək nəsil” valideynlər klubunun , “Uğur böcəyi” və 98 saylı uşaq bağçasının uşaqları mahnı və rəqs nömrələri ilə fəal çıxış etdilər. İncəsənət gimnaziyasının, 20 və 225 nömrəli orta məktəbin şagirdləri  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bədii kompozisiya nümayiş etdirdilər. Bayram tədbirində Respublikanın Əməkdar artisti Nüşabə Ələsgərli öz  ifası ilə balacaları sevindirdi.

Proqramın bədii hissəsində 2 saylı Bakı Baza Tibb Kollecinin tələbələrinin və 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs qrupunun çıxışları iştirakçılar tərəfindən maraqla qarşılandı.

Sonda sülhün rəmzi olan göyərçinlər səmaya buraxıldı.

Keçidlər