Şriftin ölçüsü :

Saytın rəngi :

A.M.Şərifzadə küçəsi 192, 24 A saylı binanın həyətində yerləşən yaşayış evlərinin sakinlərinin problemləri ətraflı dinlənilib

24 may 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə növbəti səyyar qəbul-görüşü  1 nömrəli sahə inzibati  dairəsinin ərazisində A.M.Şərifzadə küçəsi 192, 24 A saylı  binanın  həyətində keçirib. Səyyar qəbul- görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə  icra  başçısı Əziz Əzizov rayon sakinlərini salamlayaraq, bildirib ki,  ölkə başçısı cənab İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə abadlıq və quruculuq işlərinə xüsusi diqqət göstərilir. Buna görə də indi respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər isə sadəcə olaraq kampaniya xarakteri daşımır, şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir. Bu da təsadüfi deyil. Çünki, ölkə Prezidentinin tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur. Məhz buna görədir ki, son zamanlar ölkədə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri zövq oxşayır, şəhər, kənd və qəsəbələrin simasına əlavə yaraşıq gətirir. Bu baxımdan paytaxtın Yasamal rayonunda da görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir. Rayonumuzda hazırda 16 abad məhəllənin salınması işləri həyata keçirilir. Bu gün səyyar qəbul-görüş keçirdiyimiz bu məhəllə onlardan biridir. Burada asfalt örtüyü yenilənmiş, sakinlərin istirahəti üçün söhbətgah, həmçinin uşaqlar üçün kiçik elementlər quraşdırılmışdır. Bu cür  abadlıq işləri bundan sonra da davam etdiriləcək.

Daha sonra görüşdə iştirak edən sakinlər çıxış edərək rayon ərazisində gedən abadlıq və quruculuq işlərinə  görə  ölkə  rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Ə.Əzizov əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparmışdır. Həmçinin sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, həmçinin,  rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərini daim diqqətdə saxlanmasının vacib olduğunu  bir daha nəzərə çatdırmışdır.

Keçidlər