Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi

24 may 2018 | 11:00

Mayın 24–də Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə AMEA-nın Fəlsəfə İnstitutunun Politologiya və Siyasi Sosiologiya şöbəsinin müdiri, professor Rəna Mirzəzadə, fəlsəfə üzrə fəlsəfə doktoru Vəsilə Mövsümova, Mərkəzin Fondunun Baş mühafizi Azər Zeynalzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, 1 saylı Bakı Baza Tibb Kollecinin müəllim və tələbələri iştirak etdilər.

Tədbir iştirakçıları ilk öncə Mərkəzin Muzey bölməsi ilə tanış oldular.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin Fondunun Baş mühafizi Azər Zeynalzadə açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, tarixi əhəmiyyəti haqqında danışdı və Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsini qeyd etdi.

AMEA-nın şöbə müdiri, professor Rəna Mirzəzadə Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş yer verilməsinin əsasının Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmasını vurğuladı.

Fəlsəfə üzrə fəlsəfə doktoru Vəsilə Mövsümova öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı siyasi şəraitdən, Azərbaycan Demokratik Respublikasının gərgin və mürəkkəb ictimai - siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, qısa müddətdə böyük nailiyyətlər və qalibiyyətlər əldə etməsindən danışdı.

Sonda “28 May Respublika Günü” nə həsr olunmuş film nümayiş olundu.

Keçidlər