Şriftin ölçüsü :

Saytın rəngi :

Ş.Mehdiyev küçəsində 95, 95A, 97 və 97A saylı binaların həyətində nümunəvi həyətin və idman meydançasının açılışı keçirildi

17 oktyabr 2012 | 10:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev iki ay öncə rayonun Şəfahət Mehdiyev küçəsində 95, 95A, 97 və 97A saylı binaların həyətinə baxış keçirən zaman sakinlərlə görüşmüş, onları diqqətlə dinləmiş və qarşıya çıxan problemlərin qısa müddətdə aradan qaldıralacağına, bu yaşayış massivində nümunəvi həyət təşkil ediləcəyinə söz vermişdi.
Həmin həyətin ayrı - ayrı şəxslər tərəfindən zəbt olunan ərazilərində qeyri - qanuni olaraq maşınyuma sexləri, köhnə ticarət köşkləri tikilmiş, hər kəs istədiyi ərazini dəmir torlarla əhatəyə alaraq müxtəlif məqsədlər üçün istifadə edirdilər, həyətin tən ortasında maşın saxlamaq üçün qarajlar tikmişdi. Həyətdəki səliqəsizlik, özbaşınalıq ciddi narazılqlara səbəb olmuşdu. Görüşdə çıxış edən sakinlər başçıdan xahiş etdilər ki, bu yaşayış massivindəki özbaşınalığa son qoyulsun və burada da nümunəvi həyət təşkil edilsin.
İ.Mehdiyev sakinlərə bildirmişdir ki, dövlətimizin başçısı cənab İlham Əliyevin qəti tapşırıqlarından biri də sakinlərin rahatlığının təmin olunması üçün bütün imkanlardan istifadə olunması və insanları narahat edən problemlərin operativ şəkildə aradan qaldırılmasıdır. Qısa bir müddətdə bu yaşayış ərazisində hər cür şəraiti olan nümunəvi həyət yaradılacağına söz vermiş, ertəsi gün məhəlləyə mühəndislər gəlmiş və nümunəvi həyətin layihəsi hazırlanmışdır.
Oktyabrın 16-da Yasamal rayonunun Ş.Mehdiyev küçəsində 95, 95A, 97 və 97A saylı binaların həyətində nümunəvi həyətin və idman meydançasının açılışı keçirildi. Binaların həyətində zəbt olunmuş 2400 kvadratmetr ərazi təmizlənmiş və abadlaşdırılmışdır. Burada günlük, uşaqlar üçün əyləncə yerləri, oyun elementləri, rahat oturacaqlar, mini futbol neydançası quraşdırılmışdır. Binarın zirzəmiləri çirkab sular təmizlənmiş, ərazidən 450 ton bərk mənşəli tullantı daşınmış, 5516 kv.m. sahəyə asfalt örtüyü vurulmuş, 600 ədəd gül və 135 ədəd bəzək ağacı əkilmişdir. 136 metr uzunu və 64 metr eni olan həyətdə digər zəruri abadlıq işləri aparılmışdır. Həyətdə mini fütbol meydançasının da açılışı oldu və kiçik yaşlı futbolçuların məhəllədaxili yarışına start verildi.
Rayon icra hakimiyyəti başçısının bu məhəllədə sakinlərlə keçirdiyi növbəti görüş zamanı çıxış edənlər yaradılan rahat şəraitdən məmnunluqla danışdılar və dövlətimizin başçısına insanlara göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Sonra nümunəvi həyətdə şənlik tədbirləri davam etdirildi.
 

Keçidlər