Şriftin ölçüsü :

Saytın rəngi :

“Beynəlxalq müəllim günü”nə həsr olunmuş rayon tədbiri keçirilmişdir.

06 oktyabr 2012 | 10:00

05 oktyabr 2012-ci il tarixdə rayon ərazisində yerləşən “Kaktus” restoranında “Beynalxalq müəllim günü” nə həsr olunmuş rayon tədbiri keçirilmişdir. Yasamal rayon İcra Hakimiyyətinin Başçısı cənab İbrahim Mehdiyev təhsil işçilərini təbrik etdi və onların şərəfli məsuliyyətli fəaliyyətlərində uğurlar arzuladı. O, bildirdi ki, son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsildə də böyük uğurlar qazanılıb. Azərbaycanda təhsilin səviyyəsi ildən-ilə artır, müasir tələblərə cavab verən təhsil müəssiələri inşa edilir, bu sahədə çalışanların əmək haqqları mütəmadi olaraq artırılır.
2011-2012-ci tədris ilində də Yasamal rayonunda bu sahədə uğurlar əldə olunmuşdur. 60, 158 saylı tam orta məktəblər “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin, 7 müəllim isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşlar. 1 nəfər əməkdar müəllim adına layiq görülmüşdür. Bu il rayon məktəblərini bitirmiş 1547 nəfər ali məktəblərə qəbul olunmuşdur. Onlardan 3 nəfəri Prezident təqaüdünə layiq görülmüşlər. 600-dən çox bal toplayanların sayı 20 nəfər olmuşdur. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və digər mənbələr hesabına 2011-2012-ci illərdə 6 məktəbdə əsaslı təmir işləri başa çatdırılmış, 2 məktəbdə əsaslı təmir işləri davam etdirilir. 13 məktəbəqədər uşaq müəssisəsi əsaslı təmir olunmuş, 4-də isə əsaslı təmir işləri davam etdirilir.
Sonra bir qrup təhsil işçisinə əldə etdikləri uğurlar və rayonun ictimai həyatındakı fəaliyyətinə görə Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu. İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Oğuzlar” ansamblı böyük konsert proqramı ilə çıxış etdi.
 

Keçidlər