Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşasız 26 il

08 may 2018 | 11:00

Yasamal rayonu M.İbrahimov adına 153 nömrəli tam orta məktəbində yaradılan “Qarabağ tarixi” muzeyində Şuşa şəhərinin işğal olunmasının 26-cı ildönümünə həsr olunmuş “Şuşasız 26 il” adlı tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Sonra Şuşanın işğalı zamanı torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan məktəbin tərbiyə işləri üzrə direktor müavini Mətanət Cəfərova erməni vandallarının xalqımızın başına gətirdikləri tarixi müsibətlərdən bəhs etdi, Şuşa şəhərinin ermənilər tərəfindən darmadağın edildiyini, tarixi abidələrin, muzeylərin, məscid və minarələrin məhv olunduğunu bildirdi.

Məkrəbin direktoru Təranə Paşayeva öz çıxışında qeyd etdi ki, dövlət başçısı İlham Əliyevin Dağlıq Qarabağ probleminin həlli istiqamətində apardığı siyasət sayəsində təkcə Şuşa şəhəri deyil, digər işğal altında olan torpaqlar da qısa müddətdə azad ediləcək, Cocuq Mərcanlı kəndində olduğu kimi elindən-obasından didərgin düşən məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.

Daha sonra tədbir iştirakçılarına Şuşa şəhəri haqqında videoçarx nümayiş olundu. Şagirdlər vətənpərvərlik ruhunda bədii-kompozisiyalarla çıxış etdilər.

Keçidlər