Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

03 may 2018 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə AMEA-nın Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xədicə İsgəndərova, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar İmanov, Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov, AMEA-nın alimləri, elm xadimləri, əməkdaşları, KİV nümayəndələri  iştirak etdilər.

Mərkəzin foyesində Ümumilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar keçirilmiş rəsm müsabiqəsi qaliblərinin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının rəqs kollektivinin ifasında “Güllər” rəqsi nümayiş olundu.

Daha sonra Mərkəzin “Muzey” bölməsində yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq, əziz xatirəsi yad edildi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova açaraq, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış, Azərbaycan xalqının taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin şəxsiyyəti və onun ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi xidmətlərindən danışdı, bildirdi ki, ulu öndərin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

Ümumilli lider Heydər Əliyevin ədəbiyyat və mədəniyyət sahəsindəki xidmətlərindən bəhs edən film nümayiş olundu.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xədicə İsgəndərova öz məruzəsində çıxış edərək xalqımız qarşısında tarixi və misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyevi xalqın yaddaşında, dövlətin tarixində əbədi yaşadan mühüm xidmətlərindən biri onun Azərbaycanın ən çətin zamanında xalqı və dövləti düşdüyü bəladan qurtararaq yeni inkişaf mərhələsinə çıxarmasıdır. Yüksək vəzifələrdə çalışan ümummilli lider Heydər Əliyev sovet dövründə Azərbaycana rəhbərlik edib, SSRİ dövlətinin tanınmış rəhbərlərindən biri olub. Ulu Öndər istər Azərbaycana rəhbərliyinin hər iki dövründə, istərsə də SSRİ rəhbərliyində çalışdığı illərdə daim ölkəmizin dinamik inkişafına, xalqın rifahına xidmət edib. Tarixi yaradan, onun gedişini dəyişməyə qadir insan kimi Heydər Əliyevin adı dünyanın ən böyük dövlət adamları olan Bismark, Atatürk və digər tarixi şəxsiyyətlərlə bir sırada çəkilir.

Digər çıxış edənlər Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi dərin ictimai-siyasi, sosial-iqtisadi problemlərə, cəbhədəki uğursuzluğa, hakimiyyət böhranına, vətəndaş müharibəsi təhlükəsinə, xalqın azadlıq mübarizəsinə toxunaraq qeyd etdilər ki, belə ağır vəziyyətdə öz xalqının imdadına məhz ulu öndər Heydər Əliyev yetişdi. Dahi rəhbər xalqın təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi, bununla da daxili və xarici düşmənlərimizin bütün planlarını puça çıxardı: “Xilaskarlıq missiyasını üzərinə götürən Ulu Öndər vətəndaş qarşıdurmasının qarşısını aldı, ölkəni parçalanmaq təhlükəsindən qurtardı. 1993-cü il iyunun 15-də ulu ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bundan sonra Azərbaycan gələcəyə inamla baxan qüdrətli dövlətə çevrilmək yoluna qədəm qoydu”

Daha sonra tədbir bədii kompozisiya ilə davam etdi.

Tədbirin sonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədər keçirilmiş rəsm və şer müsabiqəsi qaliblərinə diplomlar, Heydər Əliyev Mərkəzində keçirilən tədbirblərdə fəal iştiraka görə müəllim və şagirdlərə fəxri fərmanlar təqdim olundu.

Keçidlər