Şriftin ölçüsü :

Saytın rəngi :

01 oktyabr – Beynəlxalq Ahıllar günü münasibətilə “Elit” restoranında tədbir keçirilmişdir

02 oktyabr 2012 | 10:00

BMT-nin Baş Məclisi 1992-ci ildə ahılları müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd edilir. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Respublikamızda “Ahıllar” günü” 1999-cu ildən etibarən qeyd edilitr. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.
Hər il olduğu kimi bu il də “Ahıllar” günü Yasamal rayonunda böyük tədbirlə qeyd edilmişdir. “Elit” restoranında keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev çıxış edərək ahıllara diqqət və qayğı göstərmək, cəmiyyətimizin hər bir üzvünün borcu olması ilə yanaşı, bunun yüksək insani keyfiyyət olduğunu vurğulamışdır. Tədbir Şərifzadə adına mədəniyyət mərkəzinin kollektivinin konsert proqramı ilə davam etmişdir.
Tədbirin sonunda Yasamal rayon icra hakimiyyəti tərəfindən Beynəlxalq Ahıllar günü münasibətilə “Elit” restoranında keçırılmış tədbirdə iştirak edən 150 nəfər ahıl, tənha və kimsəsizlərin hər birinə ərzaq sovqatı verilmişdir. 40 nəfər yataq xəstəsi evlərində ziyarət olunmuş, onlarin bayramı təbrik edilmiş, diqqət, qayğı və nəvaziş göstərilərək bayram sovqatları verilmişdir.
 

Keçidlər