Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi tanıyaq” layihəsinin Yasamal rayonundan olan iştirakçıları Naxçıvandan geri döndülər

18 mart 2018 | 11:00

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində qədim diyarımız Naxçıvanla tanış olan Yasamal məktəbliləri martın 19-da paytaxta geri qayıtdılar.

Heydər Əliyev Beynəlxalq Hava limanında tur-aksiya iştirakçılarını rayon İcra Hakimiyyətlərinin məsul işçiləri, tədbirin təşkilatçıları, ictimaiyyətin nümayəndələri qarşıladılar.

Naxçıvanla tanışlıq zamanı şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, kitablar, sənədlər, ulu öndərə məxsus geyim və şəxsi əşyalara baxıblar.

Paytaxt məktəblilərinin həmçinin Gənclər Mərkəzinə, Dövlət Bayrağı Muzeyinə, Naxçıvan Dövlət Universitetinə, bir sıra orta məktəblərə, Naxçıvan Biznes Mərkəzinə, Heydər Əliyev adına Hərbi liseyə və tarixi abidələrə ziyarəti təşkil olunub.

Daha sonra iştirakçılar Naxçıvan şəhərinin füsunkar təbiətə malik olan Ordubad rayonuna səfər edib. Şagirdlər bu qədim diyarın tarixi və görkəmli şəxsiyyətlərinin ev-muzeylərində olub, onlara məxsus şəxsi əşyalar və ekspozisiyalar barədə məlumatlandırılıblar.

Məktəblilər Naxçıvan, Ordubad şəhərlərinin, Culfa, Şahbuz rayonlarının tarixi, mədəni abidələri, turizm mərkəzləri və digər görməli yerləri ilə də tanış olublar.

Naxçıvana səfərdən razılığını bildirən məktəblilər yaradılan bütün şəraitə görə prezident İlham Əliyevə, dövlətimizə və təşkilatçılara təşəkkürlərini bildirdilər.

Keçidlər