Şriftin ölçüsü :

Saytın rəngi :

Şahbazi küçəsi 96-98 saylı binaların sakinləri ilə səyyar qəbul-görüş keçirildi

15 mart 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun martın 15-də növbəti səyyar qəbul-görüşü 2 nömrəli Sahə İnzibati Dairəsinin ərazisində, Şahbazi küçəsi 96-98 saylı binaların sakinləri ilə keçirildi. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov öncə sakinləri Novruz bayramı münasibətilə təbrik etdi. İcra başçısı Əziz Əzizov səyyar görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlar, sənaye, kənd təsərrüfatı, neft sənayesi və digər sahələrdə əldə olunan uğur və nailiyyətlər və cənab Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən geniş danışdı.

Sonra görüşdə sakinlərdən Ş.Ağayeva, E.Qasımov, T.Məmmədov, Ə.Mirzəyev, S.Şükürov, A.Allahverdiyev, T.Tahirova, X.Əlimərdanov, Ş.Səfərova, M.Məmmədov, T.Musayeva Qızıl Şərq küçəsi 96, 104, 105 nömrəli qəzalı binaların sökülüb yenidən tikilməsi, “Sovetski” ərazisindəki ” Mirzağa Əliyev küçəsi dalan 1 ünvanının sökülməsi, Haqverdiyev küçəsi 1 saylı binanın istilik sisteminin təmir edilməsi, məhəllələrin abadlaşdırılması, uşaq meydançalarının yaradılması, binaların girişlərinin və dam örtüklərinin təmir olunması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.

İcra başçısı sakinlərə məlumat verərək bildirdi ki, hazırda Yasamal rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilən “Pilot” layihə çərçivəsində 14 qəzalı binanın sökülüb yenidən tikilməsi işinə başlanılıb. Həmçinin Bakı şəhərinin Baş planına uyğun olaraq rayonumuzda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, eləcə də yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə “Sovetski” adlandırılan ərazidən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi tədbirlərinin növbəti mərhələsi aprel ayında davam etdiriləcək.

Görüşün sonunda Yasamal rayonu Şahbazi küçəsi 96-98 saylı binaların sakinləri 11 aprel 2018-ci il tarixdə Azərbaycanda keçiriləcək Prezident seçkilərində layiqincə iştirak edəcəklərini əminliklə vurğuladılar.

Keçidlər