Şriftin ölçüsü :

Saytın rəngi :

Mənzil-Tikinti Kooperativ binaların idarə heyəti sədrləri ilə görüş keçirildi

15 mart 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin akt zalında rayon ərazisində yerləşən Mənzil-Tikinti Kooperativ (MTK) binaların  idarə heyəti sədrləri ilə görüş keçirildi. Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq 11 aprel 2018-ci il tarixdə Azərbaycanda Prezident seçkiləri keçiriləcək. İcra başçısı Prezident seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırdı, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğuladı.

Sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov öz çıxışında rayon  ərazisində  300-dən artıq  Mənzil-Tikinti Kooperativ binalarının   yerləşdiyini, bu binaların bir neçəsinin fasadlarının yararsız halda olduğunu və həmin binaların şəhərin  müasir  görkəminə uyğunlaşdırılmasının vacibliyini vurğuladı. 

İcra başçısı Əziz Əzizov bir neçə kooperativ sədrlərinin fikir və təkliflərini dinləyərək payçılardan toplanan istismar və kommunal haqqlarının hesablanması, rayon bələdiyyəsi ilə birgə iş qaydaları barədə də ətraflı müzakirələr apardı.

Görüşün sonunda  Yasamal rayon İcra Hakimiyyətinin başçısı  Əziz Əzizov MTK–ların ərazisində yerləşən zibil konteynerlərinin  sayının artırılması və məişət tullantılarının vaxtında daşınması üçün müvafiq tapşırıqlarını verdi.

Keçidlər