Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Novruz bayramı tədbirləri keçirilir

15 mart 2018 | 11:00

2 nömrəli Bakı Baza Tibb Kollecində “Novruz-2018” adlı tədbir keçirildi.

Kollecin foyesində tələbələrin əl işlərindən ibarət milli adət-ənənələrimizi əks etdirən sərgi nümayiş olundu.

Tədbiri kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq qonaqları, müəllim-tələbə heyətini “Novruz” bayramı münasibəti ilə təbrik edərək ölkəmizə, dövlətimizə, xalqımıza xoşbəxt və firavan həyat arzuladı.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışaraq bildirdi ki, əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd etmiş, milli adət-ənənələri öz qəlbində yaşatmışdır. Dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə hər kəsi Novruzun aşıladığı milli dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağırdı. Ə.Əzizov bildirdi ki,“Ümummili lider Heydər Əliyevin təşəbbüsünün nəticəsi olaraq ölkəmiz illərdir Novruz bayramını geniş şəkildə - rəsmi dövlət bayramı kimi qeyd edir. “Arzu edirəm ki, bu bayramı Azərbaycanın üzüyünün qiymətli gövhəri olan Qarabağda təntənə ilə qarşılaya bilək. Dövlət başçısı İlham Əliyevin siyasəti, güclü iradəsi sayəsində tezliklə buna nail olacağımıza inanıram”. Sonda Ə.Əzizov bayram münasibətilə hər kəsi təbrik edib, sağlam can, bol ruzi, firəvanlıq arzuladı.

Tədbir tələbələrin iştirakı ilə səhnələşdirilmiş kompozisiyalarla və konsert proqramı ilə davam etdi.

Keçidlər