"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının iştirakçıları ilə görüş keçirildi
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən Yasamal rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan məktəblilərin «Ölkəmizi tanıyaq» devizi ilə maarifləndirici tur-aksiyaları təşkil olunmuşdur. Layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır. Sayca 9-cu tur-aksiya çərçivəsində Yasamal rayonundan olan 27 nəfər məktəbli növbəti dəfə səfərə yola düşəcəklər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 15-18 mart 2018-ci il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur. Bu tur aksiyada Yasamal rayon məktəbliləri Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər. Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur-aksiyaların əhəmiyyəti çox böyükdür.
Mart ayının 13-də Yasamal rayon Heydər Əliyev Mərkəzində tur –aksiyada iştirak edəcək Yasamal rayon məktəbliləri ilə görüşdə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Bildirildi ki, tur-aksiya zamanı məktəblilərin Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman Komplekslərinə, Duz dağına və digər tarixi yerlərə də səfərləri təşkil olunacaqdır.
Rayon İcra Hakimiyyəti tərəfindən qrupa rəhbər təyin olunmuş, şagirdləri müşayət edəcək müəllim və həkim heyəti seçilmişdir. Şagirdlər üçün xususi geyimlər, mübadilə məqsədilə xatirə hədiyyələri və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunmuşdur.
Görüşdə çıxış edən valideyinlər və müəllimlər məktəblilərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.