Şriftin ölçüsü :

Saytın rəngi :

2 nömrəli sahə inzibati dairəsinin ərazisində növbəti səyyar qəbul-görüş keçirildi

07 mart 2018 | 11:00

Yasamal rayonunda artıq ənənəvi hal alan, rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun martın 7-də növbəti səyyar qəbul-görüşü 2 nömrəli Sahə İnzibati Dairəsinin ərazisində Mətbuat prospekti 520-ci məhəllə sakinləri ilə keçirildi. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Səyyar qəbul-görüşdə Yasamal rayon Icra Hakimiyyətinin  Başçısı Əziz Əzizov çıxış edərək  son günlər rayonda abadlıq-quruculuq və yenidənqurma işlərinin uğurla həyata keçirildiyini vurğuladı.

Görüşdə sakinlərdən D.Abdullayev, İ.Əhmədov, E.Qurbanov, M.Hüseynova, Y.Rzayeva, Ə.Hüseynov,  B.İsmayılov  məhəllədaxili yolların asfaltlanması, istilik sisteminin təmir edilməsi,məhəllələrin abadlaşdırılması, yaşıllıqların salınması, uşaq meydançalarının yaradılması, binaların girişlərinin və dam örtüklərinin təmir olunması, səkilərin salınması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.

Yasamal  Rayon  İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşdə qaldırılan problemlərin həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini əminliklə qeyd edərək, məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Rayon sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər