Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Yasamal 1 yaşayış massivində yerləşən yaşayış evlərinin sakinlərinin problemləri ətraflı dinlənildi

01 mart 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə növbəti səyyar qəbul-görüşü 4 nömrəli sahə inzibati dairəsinin ərazisində Yeni Yasamal - 1, ev 1, 3, 4 saylı binaların sakinləri ilə keçirib. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə icra başçısı Əziz Əzizov rayon sakinlərini salamlayaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirmiş, eyni zamanda qəbul edilmiş müxtəlif dövlət proqramlarının uğurlu icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm işlərin görüldüyünü bildirib. Bariz nümunə kimi hazırda Yasamal rayonunda Əsəd Əhmədov küçəsinin əsaslı yenidən qurulmasını, istirahət parklarının günün tələblərinə uyğun bərpasını, Yasamal rayonunun hər mənzil istismar sahəsinin ərazisində aparılan 16 “abad həyət” layihəsini qeyd edib. İcra başçısı həmçinin elektrik enerjisi, qaz, istilik, su təchizatı xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni məktəb, uşaq bağçası, poliklinikaların tikintisi, mövcud olan təhsil və səhiyyə müəssisələrinin əsaslı təmiri və müasir avadanlıqla təchizatı sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayıb.

Daha sonra görüşdə iştirak edən sakinlər çıxış edərək rayon ərazisində gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Eləcə də sakinlərdən X.Zöhrabov, S.Qurbanova, Ə.Şahidov, Q.Səfərov və digərləri məhəllədaxili yolların asfaltlanması, istilik sisteminin təmir edilməsi, məhəllələrin abadlaşdırılması, uşaq meydançalarının yaradılması, binaların girişlərinin və dam örtüklərinin təmir olunması, həmçinin liftlərin təmiri və yenilənməsi və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət ediblər.

Sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Ə.Əzizov əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparmışdır. Həmçinin sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, həmçinin, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərini daim diqqətdə saxlanmasının vacib olduğunu bir daha nəzərə çatdırmışdır.

Keçidlər