İhsan Doğramacının vəfatının səkkizinci ildönümünə həsr olunmuş anım tədbiri
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində dünya şöhrətli alim, məhşur pediatr, Azərbaycan xalqının böyük dostu, professor İhsan Doğramacının vəfatının 8-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
İlk öncə kollecin foyesində tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olundu.Daha sonra tədbir Azərbaycan və Türkiyənin Dövlət Himni ilə açıq elan edildi. Tədbiri giriş sözü ilə kollecin tədris işləri üzrə direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru Mahirə Məmmədova açaraq qonaqları tədbir iştirakçılarına təqdim etdi və bu günün mahiyyəti haqqında qısaca məlumat verdi. Kollecin direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov görkəmli alimin həyat və yaradıcıllığı haqqında ətraflı məlumat verərək, Azərbaycan və Türkiyə dövləti arasında dostluq və qardaşlıq münasibətindən danışdı.
Dəvət olunanlar arasında Türkiyə Böyük Elçiliyinin təhsil üzrə Bakıdakı müşaviri Abdulğafur Böyükfırat, Bilkent Üniversitetinin bölgə ölkələri kurs programları direktoru professor, doktor Rasim Özyürek, AMEA-nın Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu, BDU-nun kafedra müdiri professor, doktor Ramiz Əskər, ADPU-nun dekanı Dosent,doktor Şahin Pənahov kimi alimlər tədbirdə qonaq qismində iştirak edirdi. Onların görkəmli şəxsiyyət haqqında çıxışları dinlənildi. Çıxışda qeyd olundu ki,Türkiyənin tanınmış elm nümayəndələrindən biri, ictimai-siyasi xadim İhsan Doğramacı 2000-ci ildə Azərbaycanın “Istiqlal” ordeni, 2005-ci ildə isə ən ali mükafat olan “Heydər Əliyev” ordeni ilə təltif olunub. Həmçinin o, dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların nüfuzlu mükafatlarına da layiq görülüb.
Tədbirdə İhsan Doğramacının həyatından, ictimai-siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu. Tələbələrin ifasında səslənən musiqili kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Sonda qonaqlara xatirə hədiyyələri təqdim olundu.