Şriftin ölçüsü :

Saytın rəngi :

Kaş millətdə ruh yaşasın

19 yanvar 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti və Cabir Novruz Mədəniyyət fondunun birgə təşkilatçılığı ilə Milli Qəhrəman Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.

“Kaş millətdə ruh yaşasın” adlı gecədə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Cabir Novruz Mədəniyyət fondunun sədri Cavanşir Qurbanov, rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, YAP Yasamal rayon təşkilatının Qadınlar şurasının sədri Tamilla Şahbazova, Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, rayon idarə və təşkilat rəhbərləri, tanınmış incəsənət ustaları, 20 nömrəli məktəb-liseyin şagird və müəllim kollektivi iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqına qarşı həyata keçirilən cinayət haqqında məlumat verdi. Qanları ilə müstəqilliyimizin şərəf və şan tarixinə əbədi imza atan qəhrəman oğul və qızlarımızın xatirəsinin heç zaman unudulmayacağını vurğuladı.

Tədbirdə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edən film izlənildi.

Sonra 20 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında bədii kompozisiyalar nümayiş olundu.

Keçidlər