Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət Pedaqoji Kollecində 20 Yanvar şəhidləri anılıb

18 yanvar 2018 | 11:00

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 20 Yanvar faciəsinə həsr olunmuş “Azadlığa gedən yolun zirvəsi” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbərliyi, müəllim və tələbə heyəti, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, 20 Yanvar hadisəsinin iştirakçıları iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan kollecin tarix müəllimi Nailə Zalıyeva bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı yanvar faciəsi kimi daxil olmuş 1990 -cı il 20 Yanvar faciəsindən 28 il keçir. Keşmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

20 Yanvar faciəsində həlak olan şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə kollecin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxış edərək bildirdi ki, xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir. 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz müstəqilliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Tədbirdə 20 Yanvar 1990-cı il və 1992-ci il Xocalı faciəsinin 1-ci qrup Vətən müharibəsi əlili Arif Məhərrəmov və BDU-nun professoru İdris Əhmədov bu hadisələrin şahidi olduğundan ürək ağrsı ilə danışdılar.

Tədbirdə 20 Yanvar faciəsinə aid videoçarx və tələbələrin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Keçidlər