Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda “Abad məhəllə” layihəsi çərçivəsində abadlıq-quruculuq işləri həyata keçirildi

16 dekabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq ölkəmizin bütün regionlarında olduğu kimi paytaxtın Yasamal rayonunda da mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun mərkəzi küçələrində, məhəllədaxili yollarında, yaşayış evlərinin fasad və dam örtüklərində, park və meydançalarda, həmçinin, digər infrastruktur sahələrdə yenidənqurma və əsaslı təmir işləri aparılmışdır. Son illərdə 50-dən çox ünvanda rayonun daxili imkanları əsasında əsaslı yenidənqurma işləri aparılaraq nümunəvi məhəllələr yaradılmışdır. Bununla rayonun ekoloji mühiti sağlamlaşdırılmış, on minlərlə rayon sakininin, xüsusilə azyaşlı və ahılların istirahəti, asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli şərait təmin olunmuşdur.

Dekabrın 16-da Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının, rayon bələdiyyəsinin, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri“ İctimai Birliyinin rayon təşkilatının iştirakı ilə Yasamal rayonunda Yeni Yasamal yaşayış massivi-1, 3 və 4 nömrəli, Əsəd Əhmədov küçəsi, 203 və 205a nömrəli yaşayış evlərinin ətrafında “Abad məhəllə” layihəsi çərçivəsində abadlıq və yaşıllaşdırma tədbirləri yekunlaşaraq sakinlərin istifadəsinə verildi. Açılış mərasimində Yasamal rayon İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov ölkəmizdə və gözəlləşən paytaxtımızda aparılan yenidənqurma işlərindən söz açmış, sakinlərlə səmimi söhbət etmiş və xoş arzularını bildirmişdir.

Həyətlərdə müxtəlif şəxslər tərəfindən özbaşına zəbt edilmiş, ərazilərdə müxtəlif təyinatlı qanunsuz tikililər sökülmüş, ərazilər hasar və çəpərlərdən azad edilmiş, təmizlik işləri aparılmış, qurumuş və küləkli havalarda təhlükə yarada bilən ağaclar budanmış və kəsilmişdir. Həyətlərdə söhbətgah, uşaq əyləncə meydançaları, oturacaqlar, işıq dirəkləri quraşdırılaraq işıqlandırma sistemləri yenilənmiş, məhəllədaxili yollara bardür, keramik plitə, aqlay döşənmiş, adı çəkilən ərazilərdə ağaclar, kollar və güllər əkilmiş, çəmənlik salınmışdır.

Abad məhəllələrin istifadəyə verilməsi yerli sakinlər tərəfindən sevinclə qarşılanmışdır. Yeni il qabağı bu cür layihələrin həyata keçirildiyi üçün sakinlər ölkə başçısı Cənab İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

Keçidlər