Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə Nazirliyinin 99 illik yubileyi münasibətilə tədbir keçirildi

22 noyabr 2017 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin və Ədliyyə Nazirliyinin Yasamal rayon Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanasında 22 noyabr- Ədliyyə işçilərinin peşə bayramı münasıbətilə tədbir keçirildi.

Ədliyyə Nazirliyinin Yasamal rayon Qeydiyyat şöbəsinin rəisi İlahə Ələsgərova bildirdi ki, ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü bütün ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur. Ədliyyə Nazirliyinin vətəndaşlarla birbaşa ünsiyyətdə olan qurumlarından biri də məhz Qeydiyyat şöbələridir. Doğumun, nikahın qeydə alınması ilə bağlı şöbəyə müraciət edildikdə vətəndaşların bu sevinci birgə bölüşülüb və o anın xoş xatirəyə çevrilməsi üçün hər bir iş görülür.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova isə qeyd etdi ki, 99 illik tarixi olan Azərbaycan Ədliyyəsi ölkənin içtimai həyatında mühüm rol oynayır. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.Yeni doğulan körpələrə təşkil olunan və təntənəli mərasimlərlə doğum haqqında şəhadətnamənin verilməsi və şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinin ənənə hal aldığını vurğuladı.

Bu dəfə Ədliyyə Nazirliyinin yaranmasının 99 illiyi yubileyi münasibəti ilə 99 nəfərə doğum haqqında şəhadətnamə və hədiyyələr təqdim olundu.

Yasamal rayon Polis şöbəsi də öz növbəsində körpələri şəxsiyyət vəsiqəsi ilə təmin etdi.

Övladlarının ilk sənədini heç yerə getmədən, vaxt itirmədən almaq valideynlər tərəfindən sevinc və məmnuniyyət hissi ilə qarşılandı.

Keçidlər