“Hüseyn Cavid -135” silsilə tədbirlər davam edir
1 nömrəli Bakı Tibb Kollecində Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunmuş "Mənim tanrım gözəllikdir, sevgidir" adlı tədbir keçirildi. Tədbirdə Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən film nümayiş olundu.
Sonra 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nəriman Mövsümov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırdı, H.Cavidin Azərbaycan ədəbiyyatında milli romantik şerin, mənzum dram və faciə janrlarının əsasını qoyduğunu söylədi.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Cavidlər ailəsinin faciəli taleyindən danışdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin diqqəti və qətiyyəti sayəsində Hüseyn Cavidin nəşi uzaq Sibirdən doğma Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib.T.Əhmədov böyük ədibin xatirəsinin həmişə xalqımız tərəfindən əziz tutulduğunu, onun yaradıcılıq irsinin hələ uzun illər boyu araşdırılacağını və tədqiq ediləcəyini söylədi. Ümummilli lider Heydər Əliyevin şairə verdiyi yüksək qiymətdən, onun məzarının Sibirdən doğma vətənə qaytarılmasında gördüyü əvəzsiz rolundan danışdı.
Tədbirdə kollecin bir qrup tələbəsi "Müalicə və idman masajı” (gözdən əlillər üçün) - Məmmədov Səbuhi, Həmidova Asimə, Mehdiyeva Xanım; "Tibb bacısının işi" şöbəsi - Ağayeva Nərgiz, Əlizadə İnci; "Əczaçılıq" şöbəsi - Daşdəmir Vaqif, "Mamalıq" şöbəsi - Qasımlı Səkinə,İskəndərova İlahə və başqaları iştirak etdilər, onu şerləri və şerlərinə həsr olunmuş mahnılar səsləndirildi, "İblis" poemasından səhnələr nümayiş etdirildi.