Yasamal məktəbliləri kuboklarla paytaxta qayıtdılar
Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində məktəblilərin bölgələrə ekskursiyası başa çatdı. Noyabrın 11-də başlamış tur-aksiya çərçivəsində Lənkəran-Masallı-Astara istiqamətində səfərdə olan Bakı şəhərinin Yasamal rayonundan 40 nəfər şagird noyabrın 14-də paytaxta geri döndülər.
Aksiya iştirakçılarını Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, valideynlər, müəssisə rəhbərləri qarşıladılar.
Yasamal rayonunun IX-XI sinif şagirdləri və onların müəllimləri Lənkəran, Masallı, Astara rayonlarının tarixi, mədəniyyəti, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri barədə zəngin məlumatlar əldə edib, biliklərini artırıb, bölgələrimizin inkişafını öz gözləri ilə görüblər. İstirahətlərini mənalı keçirən gənclər bu səfər zamanı unudulmaz anlar yaşayıblar. Onların hər biri geriyə xoş təəssüratlarla qayıdıb.
Qarşılanma mərasimində çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının əhəmiyyətindən danışdı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafına yetirdiyi diqqət və qayğıdan danışdı, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğuladı.O qeyd etdi ki, Yasamal rayon məktəbliləri Lənkəranda keçirilən “ Nə? Harada? Nə zaman? ” intellektual yarışda Respublikamızın 9 rayonundan olan 70 komanda öz bilik və bacarığını nümayiş etdiriblər . İki turdan ibarət oyun iki saat davam edib. Yasamal rayonunun məktəbliləri daha yaxşı intellekt nümayiş etdirərək bütün mərhələlərdə qalib gələrək 1-ci, 2-ci və 3-cü yerlərin sahibi olub, üç kubok, medallarla və sertifikatlarla paytaxtımıza qayıdıblar.
Cənub bölgəsinə səfərindən razılığını bildirən Yasamal rayon məktəbliləri təəssüratlarını bölüşərək ən çox yaddaqalan məqam Lənkərandakı mandarin bağlarını öz gözləri ilə gördüklərini, ekskursiyalar zamanı cənub bölgəsinin özünəməxsus adət-ənənələri, xalq tətbiqi sənəti nümunələri, milli mətbəxi ilə yaxından tanış olduqlarını, yeni dostlar əldə etdiklərini, dünyagörüşünün artdığını söylədilər. Bildirdilər ki, hamısı cənub bölgəsindən zəngin təəssüratlarla qayıdıblar. Bütün ölkə gəncləri kimi Yasamal rayonunun məktəbliləri, eləcə də valideynləri böyük əhəmiyyəti olan bu tur-aksiyaya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.