Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Yasamal rayon təşkilatının Qadınlar şurası 25 illik ərəfəsində

24 oktyabr 2017 | 11:00

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Qadınlar şurası tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Sonra film nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı Qadınlar şurasının sədri Tamilla Şahbazova tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək Partiyanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini vurğuladı. Tamilla Şahbazova bildirdi ki, Azərbaycan millətçiliyinin formalaşmasında,  ictimai-siyasi sabitliyin bərqərar olmasında və ölkəmizdə qazanılan uğurlarda Yeni Azərbaycan Partiyası mühüm rol oynayıb. Partiyamızın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən yüksək dəyərləndirilib. Yeni Azərbaycan Partiyası öz prinsiplərində Heydər Əliyev ideyalarına əsaslanır və məhz bu amil uğurlarımızı təmin edən başlıca şərtdir.Ölkədə Yeni Azərbaycan Partiyasına rəqabət aparan bir siyasi təşkilat yoxdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Partiya bu gün çox mühüm tədbirlərə imza atır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Partiyanın 25 il ərzində böyük nailiyyətlər əldə etdiyini və bu gün Partiyanın sıralarının genişləyərək 700000-i ötüb keçdiyini diqqətə çatdırdı.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirdi ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi mübarizələrlə dolu şərəfli yol keçərək xalqımızın və ölkəmizin həyatını kökündən dəyişib. Partiya ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan məsələlərin həll edilməsində layiqli töhfələrini verir.

Tədbirdə çıxış edən Yasamal rayon Ağbirçəklər şurasının sədr müavini Rəna Mirzəzadə, Partiyanın Siyasi şurasının üzvü İradə Hüseynova, Partiyanın rayon təşkilatının İdarə heyətinin üzvü Zöhrə Nəbiyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov Partiyanın yaradıcılığında ölkəmizdə müasir, demokratik, hüquqi və dünyavi dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğuladılar.

Sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Qadınlar şurası tərəfindən bir qrup fəal qadın fəxri fərmanla təltif olundular.

Tədbir İncəsənət gimnaziyasının şagirdlərinin ifasında bədii kompozisiya ilə davam etdi.

Keçidlər