Şriftin ölçüsü :

Saytın rəngi :

“Strateji Yol Xəritəsindən Gender Xəritəsinə doğru” mövzusunda seminar-treninq keçirildi

19 sentyabr 2017 | 11:00

1 nömrəli Bakı Tibb Kollecində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Gender və İnsan hüququ” Araşdırma Birliyinin təşkil etdiyi  “Strateji Yol  Xəritəsindən Gender Xəritəsinə doğru” mövzusunda seminar-treninq keçirilib.

Seminarı giriş sözü ilə açan fəlsəfə elmləri doktoru,professor Rəna Mirzəzadə bugünkü tədbirin mövzusunun əhəmiyyətindən danışdı. Sonra “Strateji Yol  Xəritəsindən Gender Xəritəsinə doğru” adlı layihənin təqdimatı keçirildi. R.Mirzəzadə “Strateji Yol Xəritəsi nədir” mövzusunda geniş mühazirə ilə  çıxış etdi. O, bildirdi ki,  06 dekabr 2016-cı il tarixdə ölkə başçısının “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”  ölkədə iqtisadiyyatın sürətli inkişafı, qeyri-neft sektorunun dirçəlməsi baxımından tarixi əhəmiyyətə malikdir. Strateji yol xəritəsi çox ciddi təhlillər üzərində qurulub. Burada Azərbaycanda mövcud iqtisadi vəziyyət, həm də qlobal və regional trendlər nəzərə alınıb. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.  İqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən islahatlar, eyni zamanda, yeni strateji hədəflərə uyğun olaraq strateji yol xəritəsi iqtisadiyyatın şaxələnməsinə və neftdən asılılığın aradan qaldırılmasına imkan yaradacaq.

Sonra “Gender  və İnsan Hüququ” Araşdırma Birliyinin gender-sosioloji araşdırmalar şöbəsinin müdiri Vəsilə Mövsümova “Gender mədəniyyəti nədir”  mövsusunda mühazirə ilə çıxış etdi. V.Mövsümova bildirdi ki,  gender mədəniyyəti  müxtəliflik,  müəyyən mənada inteqral mədəniyyət, cinslərin dialoq anlaşmasıdır.

Sonda mövzular ətrafında müzakirələr aparıldı.

Keçidlər