Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal məktəbliləri bürünc medalla vətənə döndülər

14 sentyabr 2017 | 11:00

Rusiyanın paytaxtı Moskva şəhərində  sentyabrın 4-dən 9-na dək 2-ci Meqapolislər Olimpiadası keçirilmişdir. Böyük şəhərləri təmsil edən komandalar kimya, fizika, riyaziyyat və informatika fənləri üzrə öz bilik və bacarıqlarını nümayiş etdirdilər.

Komandaların heyəti 8 nəfər şagirddən ibarət idi. 2-ci Meqapolislər Olimpiadasında 26 ölkənin 36 böyük şəhərindən 14-18 yaşlı məktəblilər iştirak edirdilər. Paytaxtımız Bakını təmsil edən məktəblilərdən Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Murad Ağazadə riyaziyyat fənni üzrə  və Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Ziya Muxtarov informatika fənni üzrə bürünc medal qazanmışlar. Ümumi komanda hesabında da azərbaycanlı şagirdlər 3-cü yerə layiq görülmüşlər.

Uğurlarınız bol olsun!

Keçidlər