Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə xeyriyyə tədbiri

01 sentyabr 2017 | 11:00

Yasamal rayon İcra Hakimiyyətində dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibəti ilə xeyriyyə tədbiri keçirildi.

Böyük Vətən müharibəsi, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, “Qızıl Aypara”, Korlar, Əlillər, Çernobıl və 20 Yanvar əlilləri cəmiyyətləri, Azərbaycandakı Rus İcmasının və “Sodrucestvo” cəmiyyətlərinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayonun aztəminatlı  sakinlərinin, rayonda məskunlaşmış məcburi köçkün ailələrinin iştirakı ilə təşkil olunan tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının I müavini  Səməd İslamov  çıxış edərək hər kəsi müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik etdi, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğuladı. Ölkə başçısı cənab İlham Əliyevin müdrik siyasətilə öz ölkəsinə və xalqına əmin-amanlıq, səadət gətirməsi, qısa bir zamanda qaçqın və köçkünlərimizin doğma torpaqlarına qayıtması arzusu bir daha vurğulandı.

Qurban Bayramı ilə əlaqədar Yasamal rayonunda yaşayan şəhid ailələri,  Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 1500-dən çox ailəyə qurban payları paylandı.

Keçidlər